Kənan Heydərov

Kənan Heydərov Sağlamlıq 13-02-2018, 15:37

Gözəl dəriyə sahib olmaq istəyirsinizsə bu məhsuldan İMTİNA EDİN

Gözəl dəriyə sahib olmaq istəyirsinizsə bu məhsuldan İMTİNA EDİN
Gözəl dəriyə sahib olmaq istəyirsinizsə bu məhsuldan İMTİNA EDİN

Təmiz və gözəl dəri hər insanın arzusudur. Yeniyetməlik dövründə dəridə sızanaq və civzələrin olması təbii haldır və orqanizmdə gedən ciddi hormonal dəyişikliklilərlə bağlıdır.

Lakin dermatoloqların müşahidələrinə görə, hətta 25 yaşdan sonra insanların 20-40%-də sızanaqlar problemi aktual olaraq qalır.

Dermatoloqlar sübut edir ki, bir çox insanlarda bəzi adi məhsulların qəbulu dəridə səpgilərə səbəb olur. Bu məhsullara arasında: tünd şokolad, ədviyyatlar, turşular, hisə verilmiş məhsullar, sosis, kolbasa, çipsi.

Son zamanlar mütəxəssislər dərinin vəziyyətinə mənfi təsir edən məhsullar siyahısına südü da daxil edib.

Loading.Az xarici KİV-lərə istinadla xəbər verir ki, amerikalı alimlər araşdırmalar zamanı belə nəticəyə gəliblər ki, südün tərkibində olan hormonlar orqanizmdə testosteronun ifrazına təsir edir. Nəticədə dəri piyinin ifrazı da artır, piy dəri məsamələrini bağlayır və bu da sızanaqların əmələ gəlməsinə və ya çoxalmasına səbəb olur.

Nəzərə almaq lazımdır ki, bu fikir yalnız südə aiddir. Probiotiklərlə zəngin olan süd məhsulları (qatıq, kəsmik, xama, pendir və s.) əksinə dəri üçün çox faydalıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
530 553 475 513 497 476

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.