Tanrı özü qaldıra bilməyəcəyi bir daş yarada bilərmi ?
Bu suala müsbət cavab versək, onda belə çıxır ki, Tanrı hər şeyə qadir deyil, belə ki, o yaratdığı daşı qaldırmaq iqtidarında deyil.
Bu suala inkaredici cavab versək yenə də Tanrı hər şeyə qadir deyil, beləki O, nəyisə yarada bilmir.
İlk baxışdan həlledilməz və Tanrı fenomenini küncə sıxan bu sual daha dərin məntiqi analiz nəticəsində çox asanlıqla həll olunur.
Əslində yuxarıda verilən sual səhvdir, çünki o sual daxili ziddiyyətə malikdir. Onun tərkibinə daxil olan hökmlər bir-birini istisna edərək, səhvən bir cümlədə yerləşdirilmişdir. Bunun nə olduğunu anlamaq üçün başqa bir buna oxşar bir sual verək: Hər şeyi dağıdacaq bir qüvvə dağıla bilməyən bir divara rast gəlsə nə baş verər?
Cavab sözsüz ki: Heçnə! — yəni, belə bir hadisə heç vaxt baş verə bilməz. Çünki biz birinci hökmə — hər şeyi dağıdan qüvvəyə, Hər Şeyi Dağıtmaq, ikinci hökmə isə Dağıla Bilməyən kimi ziddiyyətli xüsusiyyətlər yükləmişik.
Bu sual və “Tanrı və daş” sualı daxili ziddiyyətə malik olduğu reallıqda mövcud ola bilməzlər. Beləki, zaman məntiqinin qanuna əsasən: “Ziddiyyətli bir hadisənin nə vaxtsa baş verməsi yanlışdır”; səbəb-nəticə məntiqinin qanununa əsasən isə “Ziddiyyətli halın baş verməsi üçün heç bir səbəb yoxdur”. Buradan da aydın olur ki, tətqiq olunan birinci və ikinci sual səhv olduqlarına görə cavaba malik deyillər. Göstərilən suallara cavab tapmağa çalışmaq, ” 54js k27d0f; dakjh18lk:№ ” — kimi mənasız simvolları bir yerə yığıb, sonda “?” işərisini qoyub, bu “suala” cavabı tələb etmək kimi bir şeydir.