_official_

_official_ İdman 15-02-2018, 19:12

Ronaldodan növbəti rekord

Ronaldodan növbəti rekord

“Real”ın portuqaliyalı futbolçusu Cristiano Ronaldo növbəti rekorda imza atıb.

33 yaşlı hücumçu Çempionlar Liqasında (ÇL) bir klubda 100 qol vuran ilk futbolçu olub.

Ronaldu bunu PSJ ilə 1/8 final matçının 45-ci dəqiqəsində penaltidən hesabı 1:1 etməklə reallaşdırıb. O, 83-cü dəqiqədə etdiyi dublla komandasını hesabda irəli çıxarıb. Madridlilər yekunda 3:1 hesabı ilə qalib gəlib.

Ona 100 qol həddinə çatmaqla bağlı tarixi rekorda imza atmaq üçün doqquz ildir çıxış etdiyi Madrid klubunun heyətində ÇL-də 95 oyun keçirmək lazım gəlib. O, bu matçlarda 30 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Kriştyanu Ronaldu ÇL-də ölkəsinin “Sportinq” və İngiltərənin “Mançester Yunayted” klublarının heyətində də oynayıb və ümumilikdə 147 matçda 116 qol vurub, 39 məhsuldar ötürmə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
459 456 472 373 442 418

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.