_official_

_official_ Azərbaycan 17-02-2018, 14:41

Azərbaycan buğda idxalını azaldıb

Azərbaycan buğda idxalını azaldıb

Azərbaycan ötən il 1,2 milyon ton buğda idxal edib. Bu, 2016-cı ildə qeydə alınan göstəricidən 25 faiz azdır.

Trend-ə istinadən məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin kollegiya iclasında bildirib.

“Ötən il ölkədə taxılçılıq sahəsində müəyyən uğurlar əldə edilib. Nəticədə biz 2017-ci ildə 1,2 milyon ton buğda idxal etdik. 2016-cı ilə bu rəqəm 1,6 milyon tona bərabər idi. Ümumilikdə ötən il buğdanın idxalına 227 milyon dollar xərclənib. İdxal olunan buğda ölkədə istehlakın 37 faizini təşkil edib”, - deyə nazir bildirib.

H.Əsədov onu da əlavə edib ki, Azərbaycan bu il taxılyığma texnikası alacaq:

“Bizim taxılyığma kombaynlarının tədarükü ilə bağlı müqaviləmiz var. Onların tədarükü apreldən başlayacaq. Bu il biz 190 ədəd kombayn almağı planlaşdırırıq”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
760 714 671 662 677 644

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.