“Microsoft” keçən il satın alıdığı şirkəti bağlayır
Microsoft” keçən ilin sonlarına doğru “Sunrise” və “Outlook” tətbiqlərini birləşdirmək istədiklərini bildirmişdi. Şirkətin verdiyi məlumata görə, sözü gedən tətbiqləri birləşdirmək üçün hər iki tətbiqin komandası birlikdə işləyir. Görünür ki, şirkət bu məqsədə nail olub. Beləki, şirkət “Sunrise” tətbiqetməsini mağazadan silməyə hazırlaşır və tətbiqetmə “Outlook” tətbiqi tərkibində fəaliyyətinə davam edəcək.
Xatırladaq ki, “Microsoft” “Sunrise” komandasının köməyi ilə “Outlook” tətbiqinə “Facebook”, “Evernote” və “Wunderlist” inteqrasiyasına nail olmuşdu.






