"İnsancıqlar"

Bilmirəm xatırlayırsız ya yox keçən il yay aylarında Naxçıvanda 24 yaşlı oğlan 3 ya 4 yaşlı bir qız uşağına "təcavüz!" etmişdi. Bu hadisənin nəticəsində uşaq bir neçə gün xəstəxanada yatdıq dan sonra dünyasını dəyişmişdi. Və o "oğlan" sadece həps olundu. Sadece azadlıqdan məhrum edildi! Son günlərdə yəqin ki eşitmişik bunun bənzəri bir hadisə də Türkiyənin Adana şəhərində baş verib! Hadisə eyni hadisə yeri eyni filan... Eyni hadisənin təkrarını başqa bir uşaq daha yaşayıb! Ki buna hadisə yox iyrenclik vəhşilik demək belə az qalır!
Artıq "insanların" hansı həddə gəldiyini düşünə bilmirəm. Çünki bu bununla da kifayətlənmir. 4 yaş yarımlıq uşağa atası! Təcavüz edir. Yazanda belə adamın əli gəlmir. Ay kafir ay əclaf insana atadan daha yaxın kimdie kimdi kim?! Ay mexluqat həyatda ən güvensiz bir qızın belə tək güvəndiyi insan atası olur ay murdar!
Bu tekce bunlarla serhedlenmir!
Çünki buna tək qız uşaqları məruz qalmır balaca oğlan uşaqları da məruz qalır bu iyrəncliklərə! Heyvanlar məruz qalır. Yeni anlayacağınız gücsüz olan bütün hamı bu murdarliqlara məruz qalır!
Mu necə bir işdir necə bir düşüncə necə bir zehniyyətdir axı ki 3 yaşında uşağa, xəstə, dildiz, əngəlli insanlara, gənc qızlar, hələ kimlərə kimlərə belə vəhşiliklər edirsiz?!
Bilirsiz pisi nedir. Buna məruz qalanların həyatı hər nə yolla olur sa olsun məhv olur. Balaca bədənlər ölür, böyük bədənlər həyatları boyu bu acı həqiqət ilə yaşayır ya intihar edir nə olursa olsun mütləq bu həyat qaralır! QARALDILIR!!!
Buna səbəb özünü bilməyən!, iyrənc, nə bilim axı insanlığı iki ayaq üzərində yeriyib iki əl ilə yeməyi bacaran, beyinlərinin yalnış yerdə olduğu bilən "insancıqlar"dır. Onlar bir həyatı söndürür və bunun qarşılığında itirdikləri tək şey azadlıqlarıdır!!!






