_official_

_official_ Şeirlər 18-02-2018, 17:17

Mənə bir nağıl danış

Mənə bir nağıl danış

Mənə bir nağıl danış, həyatımız tək ağır olsun!

Mənə bir gülüş ver ki, bütün dünya paxıl olsun!

Sən ol mələk, mən əlçatmazlığınla barışım!

Sən ol arzu, mən təkcə varlığından danışım!

Sən ol xəyanət, mən sənin səbəb olduğun ayrılıq.

Sən ol günəş, mən səndən yaralı qalan qaranlıq.

Əlimdə var qələm, amma ki, mən deyiləm rəssam!

Odur ki, ol bircə hərf divarda rahat çəkə bilim səni!

İstəmə heç nə, yaşa, ol mənim ilham pərim!

Dəniz dalğaları ilə qoy rəqs etsin əllərin!

Qısqanmıram, bu axı sırfreal dünya!

Bəlkə də nağıldı hər yan və biz yeganə dünya!

Sevginin bu qədər mümkün olduğu bir gündə,

Bircə gülüşün kifayətdir ki, gün tamamlansın!

Mənim səndən uzaqda qalacağım günlərdə!

Gözlərim uzağı görsün, daim səni axtarsın!

Mənə bir nağıl danış - içində daima sən olacağın nağıl!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
525 541 523 587 537 626

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.