Azərbaycan Beynəlxalq festivalda təmsil olunacaq!
Ukraynanın paytaxtı Kiyev şəhərində “ГаШоТю” IV Beynəlxalq Komediya Sənəti Festivalı işinə start verib. Festival dörd – ən yaxşı qısametrajlı komediya filmi,komedik pyes, məzəli hekayə və məzəli foto nominasiyalarında keçirilir. Festivalda Ukrayna ilə yanaşı,Polşa,Rusiya, Qazaxıstan,Gürcüstan və s. sənət adamlarının işləri nümaiş etdiriləcək.Qeyd edək ki, festivalın təşkilat komitəsinin üzvlərindən biri həmyerlimiz rejissor və ssenarist Tərlan Göycəlidir. Tərlan Göycəli saytımıza bildirib ki, Azərbaycan bu festivalda yalnız bir – “məzəli foto” nominasiyasında təmsil olunur. Bu təmsilçimiz həmyerlimiz Arzu Mürvətovadır. Festivalda qalib qısametrajlı filmlər Ukraynanın müxtəlif şəhərlərinin kinoteatrlarında və bir sıra mərkəzi və regional TV kanallarda nümaiş etdiriləcək. Pyeslər və hekayələr eynilə, böyük şəhərlərin teatrlarında səhnələşdiriləcək, foto nominasiyasının qaliblərinin isə fərdi foto sərgiləri açılacaq. Festival və onunla bağlı bütün xəbərlər yerli mediada işıqlandırılır.Tərlan Göycəlinin sözlərinə görə növbəti Beynəlxalq Festivala Azərbaycandan daha çox incəsənət adamı dəvət edilməsi nəzərdə tutulub. İndi ,yalnız Arzu Mürvətovaya uğurlar diləmək qalır
Sayta dərc etdi: Kənan0001






