_Yildiz1_

_Yildiz1_ Sağlamlıq 19-02-2018, 15:33

Alimlər meyvə şirəsinin təhlükəsini açıqladılar

Alimlər meyvə şirəsinin təhlükəsini açıqladılar

Acqarına meyvə şirələrinin istehlakı bağırsaqların mikroflorasına mənfi təsir göstərir.

ABŞ-ın Prinston Universitetinin tərkibinə daxil olan Lüis Siqler adına İnteqrativ genomika institutunun alimləri belə bir bəyanatla çıxış ediblər.

Mütəxəssislər təcrübə aparıblar və bu zaman siçanlara acqarına şirə və nektar veriblər.

Məlum olub ki, belə vəziyyətdə nazik bağırsaq fruktozanı parçalaya bilmir: o, birbaşa yoğun bağırsağa düşür və mikroorqanizmlərə ciddi zərər vurur – nəticə olaraq, onlar karbohidratların öhdəsindən gələ bilmir. Bu, həm paketlənmiş, həm də yeni çəkilmiş şirələrə aiddir.

Alimlər qeyd edirlər ki, meyvə şəkərinin 90% məhz nazik bağırsaqda həzm olunur.

Tədqiqatçılar şirələrdən az miqdarda və yalnız qida qəbulundan sonra istifadə etməyi məsləhət görürlər. Belə yanaşma həzm sisteminin “yüklənməsinin” qarşısını alacaq və bağırsaq sisteminin mikroflorasına zərər vurmayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
593 584 525 564 559 574

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.