_official_

_official_ Sağlamlıq 20-02-2018, 13:40

Daha çox yaşamağın asan yolu açıqlandı

Daha çox yaşamağın asan yolu açıqlandı

Britaniyalı alimlər mütəmadi olaraq təmiz havada orta səviyyədə fikizi əmək və fitneslə məşğul olmanın yaşlı kişilərdə ölüm riskini aşağı saldığını müəyyən edib.

Tədqiqatlar göstərib ki, gündəlik olaraq yarım saat küçədə it gəzdirən və ya bağda işləyən kişilərdə ölüm riski 17 faiz aşağı düşür.

Bu elmi tapıntı yaşlı kişilərin günün böyük hissəsini oturaq vəziyyətdə keçirməsinin ölüm riskini artırdığı haqqında digər elmi araşdırmanın nəticələrinə yaxın olub.

Tədqiqat qrupu yaşı 78-dən yuxarı olan 1181 britaniyalı kişinin səhhətini və ölüm dinamikasını təqib edib. Hər şəxs orta hesabla beş il ərzində müşahidə olunub. Müşahidələrin sonuna 194 kişi dünyasını dəyişib.

Mütəxəssislər qeyd edir ki, intensiv fiziki tapşırıqlar itlə gəzinti və bağda işləməkdən daha effektiv olsa da, heç də bütün yaşlı kişilər idmanla məşğul ola bilmir. Bununla belə, alimlər gündəlik fiziki əmək və gəzintinin uzunömürlülüyə xidmət etdiyinə əmindir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
505 542 500 541 425 481

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.