“Microsoft” ABŞ-ı məhkəməyə verdi

“Microsoft” ABŞ-ı məhkəməyə verdi


“Microsoft” şirkəti Vaşinqton ştatının Qərb dairə məhkəməsində federal hökuməti məhkəməyə verib.

Şirkət öz istifadəçilərini federal qurumların onların şəxsi poçtuna müdaxiləsi barədə məlumatlandırmasına icazə istəyir. İddiada bildirilir ki, hökumət “Microsoft”a öz istifadəçilərini məlumatlandırmağı qadağan etməklə Konstitusiyanı pozur. Belə ki, Konstitusiyaya 4-cü düzəlişdə vətəndaşların hökumətin yoxlama-axtarış aparmaq cəhdi barədə məlumata malik olmaq hüquqları təsbit edilib. Düzəlişdə yoxlama-axtarış tədbirlərinin yalnız məhkəmə qərarı əsasında aparıla biləcəyi bildirilir.

Şirkət son 18 ay ərzində istifadəçilər barədə məlumat tələb edilən 5624 hüquqi sorğu aldığını açıqlayıb. Əksər sorğular fiziki şəxslər haqda olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
603 669 534 560 631 627

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.