Kənan Heydərov

Kənan Heydərov Məşhurlar 23-02-2018, 09:32

Məşhur müğənnimiz Nuri Sərinləndirici evləndi, özü də görün kiminlə - FOTO

Məşhur müğənnimiz Nuri Sərinləndirici evləndi, özü də görün kiminlə - FOTO
Məşhur müğənnimiz Nuri Sərinləndirici evləndi, özü də görün kiminlə - FOTO

Məşhur müğənni Nuri Sərinləndiricinin duet ortağı Jane Şirokihlə gizli ailə həyatı qurduğu deyilir. Cütlüyün hətta gələcək aylarda övladının da dünyaya gələcəyi söhbətləri gəzir.

İfaçının layihələri üzrə rəhbəri, tanınmış teleaparıcı Lamiyə Ələkbərqızı məsələyə münasibət bildirib.

Xəbəri təsdiq edən L.Ələkbərqızı bildirdi ki, toy hələ ötən ilin aprel ayında baş tutub:


"Nuri ilə Jane Dominikan Respublikasında evləniblər. Onların toyunun təmtəraqdan uzaq, dost əhatəsində qeyd olunmasına səbəb Nurinin şəxsi istəyi ilə bağlıdır.

Bilirsiniz ki, ifaçı anasını itirib və onu dünyaya gətirən xanımın həyatda olmaması səbəbindən böyük məclis təşkil etmək istəmədi”.

Aparıcı Nurinin ata olub-olmayacağı barəsindəki sualımızı da cavablandırdı:

"Bəli, ailə quran insan valideyn də olmalıdır. Vaxtı gələndə hər kəs görəcək”.

Məsələnin mətbuatdan niyə gizlin saxlanılmasına da aydınlıq gətirildi:

"Bilirsiniz ki, Nuri heç vaxt şəxsi həyatı ilə gündəmə gəlmək istəməyib. O, daima yaradıcılığı ilə məşğul olub və bu cür mövzulara həssaslıqla yanaşıb”. Mənbə: primetime.az

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
768 828 754 657 657 629

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.