39 yaşlı aktrisa ilk körpəsini qucağına alacaq
39 yaşlı aktrisa Reyçel MakAdams ilk dəfə ana olacaq.
Loading.Az xarici mediaya istinadən xəbər verir ki, aktrisa 37 yaşlı yazıçı sevgilisi Ceymi Lindendən uşaq gözləyir. Daha əvvəl müsahibələrinin birində Reyçel “ana olmaq üçün əvvəlcə düzgün kişini tapmaq lazımdır” demişdi.
Reyçellə Ceymi 2016-cı ildən münasibətdədir. Aktrisa 2005-2007-ci illərdə Rayan Qoslinqlə, daha sonra isə aktyor Maykl Şinlə sevgili olub.






