Sonuncu Vida.. (Yeni Şeir)
Gedənlər əbədi itir uzaqlaşır gözlərdə
Lakin qəlblərdə silinməz izlər qoyur
Zaman bizi bir-birimizə unutdurur
Həyat bəzən torpaq kimi soyuq olur
Gətirmişəm gülləri ama bilirəm çox gecdi
Bu məzara basdırılmış o qəlb məni sevirdi
Ağlasamda faydasız nəyə lazımdı güllər
Xatırlasamda indi, unutduracaq illər
Sözləriniz var bəlkə də deyin indi
Nəfəsləri kim saydı, ölümü kim bilirdi?
Məzarlara yenə əllər, yeni güllər gətirirdi
Bu qədər peşmanlıq bax indi dərindi
Müəllif və yazar: Ali Məmmədli






