Kənan Heydərov

Kənan Heydərov Sağlamlıq 25-02-2018, 10:32

Televizor alüdəçiliyi ölümə səbəb ola bilər

Televizor alüdəçiliyi ölümə səbəb ola bilər
Televizor alüdəçiliyi ölümə səbəb ola bilər

“Mavi ekranlar” qarşısında uzun müddət vaxt keçirmək insan orqanizmində venoz damarlarda tromboz riskini artırır.

Loading.Az “Science Daily”yə istinadən xəbər verir ki, belə bir nəticəyə ABŞ-ın Minnesota Universitetindən olan alimlər gəlib.


Tədqiqat qrupu 24 il aparılan müşahidələr ərzində 15 minə yaxın amerikalı haqqında toplanmış məlumatları təhlil edib. Müşahidələrdə həmin insanların sağlamlıq durumları araşdırılıb. 691 nəfərdə venoz tromboz aşkarlanıb.

Müəyyən olunub ki, bərabər fiziki yüklənmə şəraitində, boş vaxtını başqa şəkildə keçirən insanlarla müqayisədə, televizor alüdəçilərində venoz tromboza tutulma riski 1,7 dəfə daha yüksəkdir.

“Bu nəticələr onu göstərir ki, mütəmadi olaraq idmanla məşğul olan insanlar belə uzun müddət televizora baxmağın insan orqanizminə potensial mənfi təsirinə göz yummamalıdır”, - deyə elmi araşdırmanın həmmüəllifi Yasuxiko Kubota bildirib.

Venoz tromboz damarlarda trompların əmələ gəlməsi ilə müşahidə olunur. Bu prosesə daha çox ayaq damarlarında rast gəlinir. Xəstəlik fəsadlaşma halında ağciyər arteriyasının tıxanmasına gətirib çıxara bilər. Bu isə vaxtında müalicə olunmadıqda əksər hallarda insanın ölümü ilə nəticələnir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
581 442 497 562 500 459

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.