Ayaqqabılarla bağlı hiylələr

Ayaqqabı aldığımız zaman təkcə görünüşə deyil, həm də rahatlığa diqqət etməliyik. Seçiminizdə yanıldığınız zaman isə, aşağıdakı hiylələr köməyinizə çatacaq:
Ayaqqabı ayağınıza böyükdürsə, onu qalın corablarla geyinib, daha sonra fen havasının ayaqqabının üzərinə yönəldin. Bu üsul ürəyinizcə deyilsə, ikincidən istifadə edin: selofanı ilıq su ilə doldurub ayaqqabının içinə yerləşdirin. Ayaqqabını daha bir paketə qoyub, soyuducuya göndərin. Problem aradan qalxacaq.
Ayaqqabının ağ rezin hissəsini təmizləmək üçün diş məcunundan istifadə edin.
Dikdabanların ayağınızın arxa hissəsini əzməməsi üçün, ayaqqabıya dezodorant çəkin.
Çay paketləri isə ayaqqabının içindəki qoxunu aradan qaldırmağa kömək edər.
Gəzdiyiniz zaman ayaqqabı səs edirsə, onun içinə uşaq prisıpkası səpin.
Ayaqqabınızın altı sürüşkəndirsə, onun altına tibdə istifadə olunan parça plastırlardan yapışdırın.
Ayaqqabınızın su keçirməməsini istəyirsinizsə, onun üzərinə mum və ya parafin çəkin, daha sonra isə fenlə qurudun.
Yaş ayaqqabını tez qurutmaq üçün onun içinə qəzet və ya içi düyü ilə dolu sellofan yerləşdirin.
Beləliklə, ayaqqabılarınız sizi yarı yolda qoymayacaq!






