Esmeralda

Esmeralda Xəbərlər 26-02-2018, 16:08

"Sahil" stansiyasının açılacağı tarix məlum oldu - DİQQƏT

"Sahil" stansiyasının açılacağı tarix məlum oldu - DİQQƏT


2017-ci ilin avqust ayından təmirə dayandırılan metronun “Sahil” stansiyası bu il iyulun 1-də təhvil veriləcək.

LOADİNG.AZ xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, hazırda eskalatorların quraşdırılması davam etdirilir:

“Yaxın vaxtlarda Almaniyanın "ThyssenKrupp Fahrtreppe" şirkətinin "Viktoriya" tipli eskalatorlarının dördünün də quraşdırılması başa çatdırılacaq. Eyni zamanda, stansiyada korroziyaya məruz qalmış avadanlıqlar dəyişdirilir. Qatar yolunun bir hissəsində tavandakı işlər tamamlanıb, divardakı örtüklər quraşdırılır”.

“Sahil” stansiyası təhvil verildikdən sonra “Xətai” stansiyasında yenidənqurma işlərinə start veriləcəyi barədəd xəbərərə gəldikdə, N.Paşayev bu barədə məlumatlı olmadığını söyləyib.

N.Paşayevin sözlərinə görə, “Sahil” stansiyasının sərnişin tutumu qışda pik saatlarda 32 min, yayda isə 25-27 min nəfərdir.

Qeyd edək ki, hazırda qatarlar stansiyada dayanmadan hərəkət edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
513 438 511 470 483 467

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.