Lusi

Lusi Şeirlər 3-03-2018, 21:31

Deyəsən hardasa sevmişəm səni ..

Deyəsən hardasa sevmişəm səni ..



Bu yerişi tanıyıram,tanış gəlirsən mənə sən
Elə bil hardasa görmüşəm səni.
Nə doğma deyilsən,nə yad deyilsən,

Deyəsən hardasa sevmişəm səni.



Üzündə qırışlar, tanışdır mənə,
O məsum baxışlar,tanışdır mənə,
O gözlər,o qaşlar,tanışdır mənə,

Deyəsən hardasa sevmişəm səni.



Gülüşün,oyadır xatirələri
Gəlir xatirimə, o görüş yeri
Yanımdan keçirsən,çönürəm geri...

Deyəsən hardasa sevmişəm səni.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
585 592 642 580 439 548

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.