_Uğurböceyi_

_Uğurböceyi_ Şeirlər 4-03-2018, 17:04

Günəşlə Ay

Günəşlə Ay

Gözüm ulduzlarda qalıb bu gecə,
Elə hey parlayan ulduz görürəm.
Bu qədər ulduzdan seçilən ayın
Yalnız qalmasına qibtə edirəm.

Deyirəm, o böyük qüdrət sahibi,
O gözəl hilalı necə yaradıb?
Nə deyib görəsən onun haqqında,
İllərdir günəşdən o uzaq qalıb.

Bəlkə də günəşi görmək istəyir,
Bəlkə heç nə bilmir günəş haqqında,
Günəşsə gizlidən onu izləyir,
Bəlkə tək gülüdür sevgi bağında.

Uzaqdan sevmək də buna deyərlər,
İllərdir işıqdan ona pay verir.
Bəlkə bir-birini bir gün görərlər,
Bu istək qulağa çox şirin gəlir.

Müəllif:Münəvvər Sahibqızı

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
778 789 731 777 855 702

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.