Evsiz, yoxsul gənc moda ulduzu oldu - FOTO

Londonun Brikston səmtində yaşayan, daha doğrusu, küçələrdə ömür sürən evsiz-eşiksiz, yoxsul gənc indi moda ulduzudur.
19 yaşlı Aleksandr Sons-Doukins İtaliyanın Milan şəhərində keçirilən "Milan Fashion Week"də "Versace" brendinin yeni kolleksiyasının nümayişində iştirak edib.
O, 2016-cı ilin fevralında Redinq şəhərində festivalda olarkən moda skautlarının diqqətini cəlb edib.
Aleksandrın sözlərinə görə, evi tərk edəndən sonra avtobuslarda, vağzallarda, küçələrdə gecələyib.






