_Yildiz1_

_Yildiz1_ Mətbəx 8-03-2018, 19:46

Ballı, xardallı hinduşka - FƏRQLİ TƏAM

Ballı, xardallı hinduşka - FƏRQLİ TƏAM

Ərzaqlar:
Hinduşka sinəsi
1 yemək qaşığı zeytun yağı
1 stəkan bal
2 yemək qaşığı xardal
1 diş sarımsaq
İstiot, duz


Hazırlanması:

Bir kasada zeytun yağı, rəndələnmiş sarımsaq və ədviyyatı qarışdırın. Hinduşka ətinin hər tərəfini hazırladığınız bu qarışıma batırın. Hazırladığınız hinduşka ətini soba qabına qoyun və əvvəlcədən isitdiyiniz sobada 1,5 - 2 saat bişirin.

Ət bişənə qədər başqa bir kasada xardal və balı qarışdırın. Hinduşkanın bişməsinə yarım saat qalmış həmin sousu bir fırça ilə onun üzərinə sürtün. Hinduşkanın içinin də bişdiyinə əmin olduqdan sonra sobadan çıxarın və servis edin.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
636 547 580 506 487 503

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.