Küsülü olduqları deyilən Burakla Fahriye bayramı qeyd etdilər - foto

Küsülü olduqları deyilən aktyor Burak Özçivitlə aktrisa həyat yoldaşı Fahriye Evcen 8 Mart bayramını qeyd ediblər.
Loading.Az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük Bebekdə avtomobillərində görüntülənib. Baş-başa yemək yeyən Burakla Fahriye yüksək əhvalları ilə diqqət çəkiblər. Burak onlara yaxınlaşan gülsatanlardan xanımına 300 lirəlik (təxminən 150 manat) çiçək alaraq bağışlayıb. Özçivit gülü satan oğlana da 300 lirə bəxşiş verib.
Bu jestin qarşılığında gülümsəyən Fahriye təşəkkür etdikdən sonra yollarına davam ediblər.






