Acun Şeymanın makiyajsız fotosunu paylaşdı

Aktiv sosial şəbəkə istifadəçisi olan Şeyma Subaşının makiyajsız fotosu yayılıb.
Loading.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Şeymanın şəklini aparıcı-prodüser əri Acun İlıcalı İnstaqram səhifəsində paylaşıb. Hazırda “Survivor”un çəkilişləri üçün Dominikan Respublikasında olan Acun xanımı ilə istirahətə də vaxt ayırır.
Onun paylaşdığı fotoda izləyicilərin də diqqətini elə ən çox Şeymanın bu dəfə makiyajsız olması çəkib.






