“Apple Watch” dəb dünyasının məhsulu adlandırıldı

“Apple Watch” dəb dünyasının məhsulu adlandırıldı


“Apple” şirkətinin dizayneri Jonathan Ive “Apple Watch” ağıllı saatını dəb dünyasının məhsulu adlandırıb.

Jonathan Ive müsahibəsi zamanı cihazın xüsusiyyəti və cəlbedici görünüşü ilə bağlı maraqlı məlumatlar verib.

“Hesab edirəm ki, dəb dünyasında təkcə geyim rol oynamır. Apple məhsullarından olan Apple Watch ağıllı sattı ilə istənilən vəziyyətdə dəbdən danışa bilərik. Ağıllı saatın rəngarəng kəməri, görünüşü bunu deməyə imkan verir. Apple Watch ilə istifadəçi öz stilini müəyyən edə, dəyişə bilər”.

Dizayner bildirir ki, bunu deməyə faktlar da var. Məsələn, pərakəndə satış üzrə vitse-prezident Angelina Arents məşhur Burberry brendinin açılıışı zamanı “Apple Watch” ağıllı saata üstünlük verib.

İkincisi, bu “Apple” məhsulu ən dəbli Paris moda həftəsində nümayiş olunub. İvenin sözlərinə görə, ağıllı saatın xüsusilə kəməri modelyerlər tərəfindən çox bəyənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
623 657 644 567 588 609

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.