Kənan Heydərov

Kənan Heydərov Sağlamlıq 11-03-2018, 10:45

Gün ərzində nə qədər duz qəbul etmək olar?

Gün ərzində nə qədər duz qəbul etmək olar?
Gün ərzində nə qədər duz qəbul etmək olar?

Çoxlu duz qəbul etmək yüksək təzyiqdən əziyyət çəkən insanlara ziyandır. Həmçinin bu sağlam insanlarda da təzyiqin artmasına səbəb ola bilər.

novator.az bildirir ki, Böyük Britaniyanın London İmperiya Kolleci və ABŞ-ın Şimal-Qərb Universiteti alimlərinin apardığı araşdırma bunu təsdiqləyib.


Mütəxəssislər bir neçə il ərzində 4 mindən çox insanın qida rasionunu araşdırıblar. Həmin adamlar 40-59 yaş arasında olub. Qida rasionunda qan təzyiqini aşağı salan məhsulların (C vitamini ilə ilə zəngin meyvə-tərəvəz, lif və omeqa-3-doymamış yağ turşuları da daxil olmaqla) miqdarı da tədqiqata cəlb edilib.

İştirakçıların səhhəti, sidik nümunələrində kalium və natrium ionlarının konsentrasiyası, həmçinin insanların çəkisi və arterial təzyiqi də analizdən keçirilib.

Tədqiqat hipertoniya (qan təzyiqi) xəstəliyi ilə çoxlu duz qəbul etmək arasında əlaqəni üzə çıxarıb. Alimlər bildirirlər ki, hər qəbul edilən əlavə 7 qram natrium-xlorid, yəni duz arterial təzyiqi civə sütununda 3,7 millimetr yuxarı qaldırır. Tədqiqat iştirakçıları hətta tərkibində kalium və ürək-damar sistemi üçün faydalı olan digər qidalar qəbul edəndə də onların təzyiqi normaya düşməyib.

Ona görə də mütəxəssislər gün ərzində 5 qramdan artıq düz qəbul etməyi məsləhət görmürlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
622 556 502 582 608 530

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.