“Facebook” canlı yayım üçün əlavə tətbiqetmə hazırlaya bilər
“Periscope” ilə həyatımıza daxil olan və ölkəmizdə böyük maraqla qarşılanan canlı yayım funksiyası “Facebook”-un da gözündən yayınmadı. Sözü-gedən funksiyanı tətbiqə əlavə edən şirkət bu xüsusiyyəti daha da inkişaf etdirmək üçün əlavə kamera tətbiqetməsi hazırlayır.
Yeni tətbiq tamamilə yeni kamera tətbiqi olacaq. “Snapchat” və “Periscope” ilə rəqabət edəcək tətbiqin köməyi ilə çəkilən şəkilləri və videoları sosial şəbəkədə paylaşmaq asanlaşacaq. Buna əlavə olaraq, tətbiqetmə canlı yayım funksiyasına da sahib olacaq.
Qeyd edim ki, tətbiqetmənin yaradılmasına səbəb “Facebook”-un ancaq xəbər mənbəsi kimi görülməsi və paylaşımların azalmasıdır. Şirkət bu tətbiqi yaratmaqla şəkil və video paylaşımlarını artımağa çalışacaq.