“Google Chrome”-un mobil istifadəçi sayı 1 milyardı keçdi
“Google” öz məhsullarından biri olan “Google Chrome” ilə bağlı statistik nəticələri açıqlayıb. Statistik məlumatlar səyahətçinin 50-ci versiyasının təqdim olunması şərəfinə açıqlanıb.
Açıqlamaya əsasən, səyahətçinin artıq 1 milyard aktiv istifadəçisi var. Bu o deməkdir ki, “Chrome” son 5 ay ərzində 200 milyon aktiv istifadəçi qazanmağı bacarıb.
Səyahətçidə hər ay bunlar baş verir:
771 milyard səhifə yüklənir
Axtarış avto-tamamlama xüsusiyyətinin köməyi ilə 500 milyard simvol/hərf yazılmayıb
İnternet paketinə qənaət xüsusiyyətinin köməyi ilə 2 milyon GB məlumata qənaət edilib
3.6 milyard səhifə avtomatik olaraq tərcümə olunub
9.1 milyard blank və şifrə avtomatik olaraq doldurulub
İstifadəçilər 145 milyon dəfə təhlükəli səhifələrdən qorunub






