Kökəlmənin yeni təhlükəsi məlum oldu

Kökəlmənin yeni təhlükəsi məlum oldu
Kökəlmənin yeni təhlükəsi məlum oldu

ABŞ-ın Massaçusets ştatının Ümumi klinik xəstəxanasının tədqiqatçıları artıq çəkinin xərçəngin effektiv müalicəsinə əngəl yaratdığını bildirib.

oxu.az xəbər verir ki, bu barədə “EurekAlert”-in pres-relizində qeyd olunur.

Söhbət ilk növbədə döş xərçəngindən əziyyət çəkən artıq çəkili qadınlardan gedir.

Alimlər müəyyən edib ki, süd vəzisinin xərçəngindən əziyyət çəkən pasiyentlərin təxminən 70 faizi artıq çəkiyə malikdir. Şişlərdə müəyyən miqdarda piy toxumalarının olması ilə yanaşı, piylənmə iltihab və angioqen faktorlar səviyyəsinin inkişafına yol açır.


Bütün bunlar məcmu şəkildə bədxassəli şişlərin, xərçəngin müalicəsində istifadə olunan “bevatsizumab” preparatına qarşı davamlılığını artırır.

Bu dərman xüsusilə angioqenez və metastaz inkişafı ilə mübarizə məqsədilə tətbiq olunur.

Tədqiqatçılar süd vəzisi xərçəngi olan 99 pasiyent üzərində sözü gedən preparatın effektivliyini təhlil edib. Məlum olub ki, preparat yalnız xəstələrin az qismində müsbət dəyişikliyə səbəb olur.

Yüksək çəki indeksinə malik xəstələrdə, normal çəkili pasiyentlərlə müqayisədə şişlərin sayı 33 faiz çox olub.

Şişlərdə olan piy toxumalarında qan kapillyarları azlıq təşkil etdiyindən, bu preparatın yeni törəmələrə sirayət etməsinə əngəl olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
381 390 372 326 365 332

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.