reklam
Möcüzəli Talehim Bölüm 24 Möcüzəli Talehim Bölüm 24 http://sun.az/uploads/posts/2018-03/thumbs/1521734221_14316700_1524858807539639_8753445010407539131_n.jpg
❤Quen❤

❤Quen❤ Hekayələr 23-03-2018, 19:32

Möcüzəli Talehim Bölüm 24

Möcüzəli Talehim Bölüm 24



Kendime yalan söyledim
Yalnızım bunu ben istedim
Paramparça bütün aynalar
İçimde kan-revan birisi var..

Gülşən özünü boşluğa düşmüş kimi hiss edirdi..Sevdiyi insanı başqasına öz əlləriylə vermiş olması onu dəliyə döndərmişdi..Anarın Ayana olan baxışlarından onu sevdiyini anlamışdı çünki əvvəllər Gülşənə baxdığı kimi, içdən və sevgiylə baxırdı ona...Anarın başqasını sevdiyini həzm edə bilmirdi.Axı söz vermişdi,ölənə qədər onu sevəcəyinə söz vermişdi..Məgər keçən gün Gülşənin saxta məzarı üstündə göz yaşı axıdan o deyildi mi?Birdən-birə nə dəyişmişdi axı?Beynində fırlanan suallar onu daha da sinir edirdi...Qərarını vermiş tərzdə tətiyi çəkməyə hazırlanırdı ki,burnunda hiss etdiyi qoxuyla gözləri qaraldığını hiss edir..

Kənan bütün yol "Ayan"deyə sayıqlayırdı.Sevda onun başını dizlərimin üstünə qoyub saçlarını oxşayırdı. Üzünə sığal çəkərək"sakitləş,burdayam "deyirdi..Onun Kənana olan nəvazişi Səlimin gözündən qaçmamışdı. Başda dostu olduğunu öyrənib normal qarşılasada Sevdanın Kənana olan duyğularının başqa olduğunu sezmişdi..Otelin önünə çatdıqda cəld maşından enib arxa qapını açır, Sevdaya yardım edərək Kənanı yerə düşürdür..Kənan gözlərini açıb ətrafa baxsada içkili olduğundan heç nə anlamır..Sevda oteldəki işçilərdən otaq nömrəsi alaraq Səlimlə birlikdə onu yuxarı qaldırır. İçəri keçər-keçməz onu yatağa uzadırlar.

Səlim"Yaxşısı geri qayıdaq, Anargil bizi gözləyər.Kənanda sabaha qədər özünə gələr yəqin"
Sevda Kənanın ayaqqbılarını çıxarıb yerini rahatlayırdı, Ayanı yalnız buraxmamaq üçün getməyə razılaşsada Kənanın huşsuz halda əlindən tutaraq"getmə"deməsi onu yarı yoldan saxlayır. Kənanı belə gördükcə ürəyinə bıçaq sancırdılar sanki..
Sevda"Səlim mən biraz Kənanın yanında qalım..Saat hələ 9-du, 1 saat sonra gəlib məni götürərsən. Ən azından biraz yanında olum"
Səlim"Necə istəyirsənsə, onsuz bura restorana yaxındı. Saat 10-da gəlib götürərəm səni.Birdə..Yanlış anlama amma deyəsən dostun Ayana aşiqdi,bütün yol adını sayıqladı "
Sevda"Səlim bunları sonra danışarıq lütfən. .Ayan soruşsa bu vəziyyətdən bəhs etmə, evdə işim çıxdığını de"
Səlim"Yaxşı, bir ehtiyacın olsa xəbər edərsən "deyib otağı tərk edir..

Ayan və Anar rəqsi bitirib yerlərinə əyləşirlər. Biraz sonra üzüklər taxılacaqdı.Jurnalistlər reportaj üçün onlara yaxınlaşmaq istəsədə Anar Ayanın həyəcanlacağını düşünüb rədd edir.Ayan isə heç gözlənilməyən anda "problem yoxdu, müsahibə verə bilərəm "deyir.Onun bu addımı Anarı çox təəccübləndirir, Ayanın qaraqabaq nişanı başa vuracağını düşünsədə, o tam əksi yalandan belə olsa gülümsəyir, insanlara xoşbəxt olduğunu yansıdırdı. Jurnalist qız sevinərək operatorla birlikdə Ayana yaxınlaşır. Mikrafonu ona uzadaraq suallarını verir"Ayan xanım Anar bəylə necə tanış olmusunuz? "

Ayan"Biz ortaq dost sayəsində tanış olduq"
Jurnalist"Necə də gözəl. Bəs bir-birinizi sevdiyinizi ilk nə zaman anladınız? "
Ayan"Əslində ilk görüşdən elektrik almışdıq bir-birimizdən, sonradan Anar mənə dəlilər kimi aşiq olduğunu etiraf etdi ,mən isə ona olan hisslərimin qarşılıqlı olduğunu bilib təklifini qəbul etdim"
Jurnalist"Aranızda nə zamansa davalar baş verib?"
Anar"Bu artıq şəxsi oldu xanım qız"deyib müdaxilə etsədə Ayan əlindən tutub onu sakitləşdirir.
Ayan"Əlbəttə, hər sevgidə davalar olur amma bizim sevgimiz hər şeyin üstəsindən gəlir"
Jurnalist"Son olaraq, toyunuzun vaxtı dəqiqləşib? "
Ayan'Tez zamanda etməyi planlaşdırırıq,dəqiq vaxt yoxdu hələki"
Qız məmnun şəkildə təşəkkürünü bildirib ordan uzaqlaşır Anar isə heyran şəkildə Ayana baxmağa davam edir.
Anar"Deməli sənə dəlilər kimi aşiq olmuşam hə Ayan xanım? "
Ayan'İnandırıcı olsun deyə elə dedim"
Anar"Əla, heyran qaldım danışığına "
Ayan"Durumu qurtardım deyək"

Kənan biraz sonra gözlərini açıb yanında uzanaraq saçını oxşayan Sevdaya tərəf çevrilir.İçkinin verdiyi təsirdən Sevda gözünə Ayan olaraq görünür. Yerindən dikələrək ayağa qalxır.Sevda onun bu hərəkətinə anlam verə bilməyib onunla üz-üzə dayanıb gözlərinə baxır. Kənan ona yaxınlaşaraq saçlarına sığal çəkib üzünü əlləri arasına alır.Sevda heç nə anlamasa belə Kənanın hərəkətindən ağlı qarışır..Kənan yavaşca dodaqlarına yaxınlaşıb onu öpməyə başlayır. Kenan sevdani oz qadini edir...Son peşmanlıq fayda verməz deyərlər Sevdada etdiyi bu səhvin bədəlini ağır ödəyəcəkdi..Bundan sonra onun üzünə necə baxağını bilmirdi..O sərxoş idi, nə etdiyini bilmirdi amma Sevda onu dayandıra bilərdi..Yerindən qalxaraq hönkürərək paltarlarını geyinib otaqdan çıxır.Nə edəcəyini bilmədən otelin həyətinə enib ətrafa baxmağa başlayır. Makiyajı axaraq üzünə yayılmışdı. Bu vəziyyətdə restoranada qayıda bilməzdi.Hal-hazırda utancından girəcək yer axtarırdı..Sabah Kənan özünə gələndə ona nə cavab verəcəkdi? ?Elə bu an yanında dayanan maşınla fikirdən ayılır. Səlim onu restorana qaytarmaq üçün geri dönmüşdü.Sevdanı o vəziyyətdə görüb tok vurmuşa dönür. Tez maşından enib ona tərəf yaxınlaşır. Qızcığaz ayaqda tir-tir titrəyirdi.Nəsə demək istəsədə dili dolaşırdı.

Səlim"Sevda yaxşısan? Nəsə olub"
Sevda"Sə-səlim "deyib hönkürərək ona sarılır. Səlim onu sakitləşdirmək istəsədə xeyri olmur.
Səlim"Kənan deyilən o oğlan Nəsə edib sənə? cavab ver!"
Sevda"Yo-yox, apar məni burdan xahiş edirəm"

Restoranda isə artıq havaya fişənglər atılırdı.Qonaqlar Ayanla Anarı əhatəyə alıb yallı gedir, valideynləri isə oynayaraq bir-birilərinə göz aydınlığı verirdilər.Rüstəmə ürəyiylə bağlı çox hərəkət etmək qadağan olsada bir saniyə olsun ortadan çıxmırdı. Qəfil kəsilən musiqi və salonun ortasına gətirilən tort hamının ucadan əl çalmasına nədən olmuşdu.Ayangil tortu kəsməyə yaxınlaşsalarda gözləri Sevdanı axtarırdı.Anar Ayanın dayandığını görüb qulağına tərəf əyilib nə baş verdiyini soruşur.

Ayan"Sevda yoxdu axı, hanı bu qız? "
Anar"Səlimdə yoxdu ortada"
Heydər "Qızım harda olsalar gələrlər siz tortu kəsin"
Çoxlu təkidlərdən sonra Anar Ayanın əlindən tutaraq tortu kəsir.Və sıra üzüklərin taxılma mərasiminə gəlir.Ortaya balaca sinidə gətirilən üzüklər və qırmızı lent olduqca gözoxşayırdı. Heydər bəy gənclərin yanına keçib sözə başlayır,"Bu gün ki,sevincimizin həddi-hüdudu yoxdu.Övladlarımız öz həyatlarını birləşdirmək qərarı alaraq bizi bəxtəvər etdilər.Hər zaman xoşbəxt olub, bir-birinizin qədrini bilin "deyərək üzükləri taxaraq lenti kəsir.Anar Ayanı alnından öpərək obyektivlərə poz verir..

Səlim Sevdanı Ayangilin evinə gətirib maşından düşməsinə yardım edir.Ona nə olduğunu anlamadasa yaxşı şeylərin baş vermədiyi açıq-aydın ortada idi.Sevda bu gecə Ayangildə qalacağından onların evinə gəlmişdi.Yaxşı ki,Həlimə bu gün açarları ona vermişdi yoxsa başqa yerə gedə bilməzdi.

Səlim"Sevda, nəsə lazım olsa bir zəng qədər uzağındayam"
Sevda"Bilirəm Səlim, çox sağol"
Qapını açaraq özünü içəri atır. Qapının ağzına çöküb hönkürtüylə ağlayır. Belə ağılsızlığı necə etmişdi axı? Kənanı sevirdi ancaq nə olursa olsun onun içkili anından istifadə etməməliydi.Onunla qarşı-qarşıya gələndə nə edəcəyini bilmirdi...

Nişan sona yetmişdi, Anargil restorandan çıxmağa hazırlandıqları bir vaxtda Səlimin maşınını görüb ayaq saxlayırlar. Onun üzündən məyusluq yağması bir şeylərin baş verməsindən xəbər verirdi.

Anar"Ooo kimləri görürəm, camaat evinə gedir Səlim bəyimiz isə indi gəlir nişana"
Səlim"Anar üzrlü say, yaxşı iştirak edə bilmədim"
Ayan"Sevda hanı? bir yerdə deyildiniz? "
Səlim"Biraz özünü pis hiss edirdi, sizin evə apardïm onu"
Ayan"Mənə niyə demədiniz axı? Anar cəld gedək"
Anar"Ayan anangil bizdən qabaqda gediblər onsuz,onunla maraqlanarlar narahat olma"
Ayan"Olsun tez gedək lütfən"
Anar"Yaxşı,min gedək. Səlim səninlə sonra danışacam"

Gülşən isə yavaş-yavaş özünə gəlirdi. Beyni hələ də key kimi idi..Ətrafa baxdığında otağında olduğunu anlamışdı..Ən son restoranda olduğunu xatırlayıb yerində dikəlir, axı onu kim gətirmişdi bura? necə?.Elə bu an açılan qapı onun suallarına son qoyur. Taleh və Aynur birlikdə içəri keçib gözlərini ona tərəf zilləyirlər.

Taleh"Sizi bura mən gətirdim, bilirəm hirslənəcəksiniz amma"
Gülşən"Axı nə ixtiyarla mənim işimə qarışırsınız hə? ?"
Aynur"Əsəb dərmanlarınıda neçə gündür içmirsən "
Gülşən "Sizə nə axı? siz mənim nəyimsiniz ki,həyatıma qarışırsınız?"
Taleh"Biz sənin ailən!Evdən gizlicə çıxdığından anlamışdım ora getdiyini.Yaxşı ki,tez fərqinə vardı.
Çəkməcədəki silahını götürdüyünü görüb özümü ora çatdırmasam indi həyatının qalan hissəsini məhbus olaraq keçirəcəkdin "
Gülşən "Məni niyə belə fikirləşirsiniz? Mənim ailəm yoxdu, siz sadəcə sıradan bir işçisiniz! "
Aynur"Əsəbi olduğun üçün belə danışırsan "
Taleh"Biz ən çətin vaxtlarında səni yalnız buraxmadıq, indi buraxacayıq? Bəs bacın? onu tapmamış,intiqamını almamış həbslərdə çürümək istəyirsən? "
Gülşən"Televizoru aç"
Aynur "Nə? heç yeridi televizorun? "
Gülşən "Sənə dediyimi et!"

Televizoru açar-açmaz Anargilin nişanından bəhs edən maqazin verlişi çıxmışdı ortaya.Jurnalist nişandan ağız dolusu danışırdı"Bu gün Anar Məlikovun nişan günüdür.Məşhur banket zallarından birində təşkil olunan nişan çox yüksək səviyyədə keçirildi. Medya nümayəndələri və Məşhur iş adamlarının iştirak etdiyi nişan təntənəylə başa vurdu " ardından Ayanın verdiyi müsahibəni izləyib daha da hiddətlənmişdi. Dişlərini bir-birinə qıcayır"Bu son xoşbəxt günlərindi balaca ifritə, Anar yenə mənim olacaq!"

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
378 397 368 370 381 428

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.