❤Quen❤

❤Quen❤ Statuslar 26-03-2018, 15:37

❤Quen❤-dən #statlar

❤Quen❤-dən #statlar
❤Quen❤-dən #statlar


Müslüm Gürsesin dediyi kimi: "Nə gözəl idi ümidlərim, qırdı getdi sevdiklərim".


Çiyinlərində hıçqıraraq ağlaya biləcəyim, bəlkədə bütün həyatımı körpücük çüxuruna söykənərək keçirə biləcəyim tək insan idin sən..


Ümidlərim kəpənək kimidi sanki. Hər gün biri ölür.


Sevgi oddan olan bir dənizi, şamdan düzəlmiş bir qayıqla keçməkdir.


Gecələr yatmayan insanların, gündüzlərə sığmayan acıları var.


Gözyaşları hər zaman çölə axmaz. Vardır hər kəsin bir iç dənizi..


Anasının sözünə qulaq asmayıb, yıxılan uşaq kimi hiss edirəm. O əsəbləşməsin deyə "ağrımadı ki" deyirsən, amma ağrıdan ölürsən..


Mən səninlə arama hördüyüm divarlara belə, böyük pəncərələr açıb, çiçəklər düzmüşdüm.


Kitabda altından xətt çəkdiyiniz cümlələr, həyatda üstündən xətt çəkmədiyiniz insanları təsvir edir


Daha neçə gəmi var içində olmaq istəyərkən, ardından əl yelləyəcəyimiz...?



"Bacarmaram" dediyini bacaranda, "dözə bilmərəm" dediyinə dözəndə, "unuda bilmərəm" dediyini unudanda, böyüdüyünü anlayarsan.


Bilirsən necə darıxmışam? Kor rəssamın çəkibdə, görə bilmədiyi rəsm əsəri qədər.


Həyat bəzən 5 yaşlı uşağın gözləri dolmuş halda, anasına dediyi bu sözlər kimidir: "Həm vurursan, həm ağlama deyirsən"


O mənə bağlandı deyərkən, mən ona düyün olmuşam xəbərsizəm.


Nə qarlar, qışlar gördü bu şəhər. Bir səni görmədi mənimlə...


Bizim qəlbimiz həmişə qırıqdır.. Amma, yenədə əksik etmərik sol cibimizdən ümidi...


Çobanyastığı sandı hər halda məni. Sevirəmmi, sevmirəmmi anlamaq üçün, qoparır hər dəfəsində bir parçamı...


Yalnız "biri" olsun istərkən, yalnız biri olduq istəmədən...


Bir yerdə oxumuşdum, insan sahib olduğundan imtina edə bilərmiş. İmtina edə bilmədiyi, aid olduğu imiş...


Haqqı olmayan hər kəs sənə bu qədər yaxınkən, mənim sevgim qapı arxasında qalmışdı...????

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
667 681 677 586 695 688

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.