Bu gün müsəlmanların 9-cu imamının doğum günüdür
Bu gün müsəlmanların 9-cu imamı Həzrət Məhəmməd Təqinin (ə) mövlud günüdür.
SalamNews-un məlumatına görə, İmam Məhəmməd Təqi (ə) hicri 195-ci ildə rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açıb.
İmamın məşhur ləqəblərindən biri Cavaddır. Cəmi 25 il ömür sürən İmam Cavad (ə) 17 il müsəlmanlara rəhbərlik edib. Atası İmam Riza (ə) Abbasi xəlifəsi Məmun tərəfindən şəhid edilərkən İmam Məhəmməd Təqinin (ə) cəmi 8 yaşı olub.
Rəvayətlərə əsasən, kiçik olmasına baxmayaraq, İmam Cavad (a) atası şəhid edildikdən sonra onu elə həmin gün Xorasanda Məmunun sarayında ziyarət edib. Hazırda Məşhəd şəhərindəki İmam Rizanın (ə) ziyarətgahının qapılarından biri bu hadisəyə işarə edərək "Bab ul-Cavad" (Cavad qapısı) adlanır.
İmam 220-ci hicri-qəməri ilində Mötəsimin əmri ilə zəhərlənərək şəhid edilib. İmam Məhəmməd Təqi (ə) Bağdadın Qüreyş qəbristanlığında babası İmam Kazimin (ə) məzarının yanında dəfn edilib.






