Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 31-03-2018, 17:14

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? – AÇIQLAMA

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? – AÇIQLAMA

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti sabah səhər saatlarınadək davam edəcək.

Bu sözləri oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova hazırda mövcud olan qeyri-sabit hava şəraiti haqqında danışarkən deyib.

O bildirib ki, sabah günorta saatlarında havanın temperaturu tədricən mülayimləşəcək:


“Bu gün hava şəraiti ötən günə nisbətən qismən dəyişib. Sutka ərzində paytaxtda və ölkə ərazisində güclü şimal-qərb küləyi əsəcək, arabir yağış yağacaq. Bu hava şəraiti martın 31-i səhər saatlarınadək davam edəcək. Həmin müddətdən sonra şimal-qərb küləyi tədricən mülayimləşəcək və günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq”.

G.Məmmədova bildirib ki, martın 30-31-də havanın temperaturu 5-10 dərəcə aşağı enəcək:

“Bu gün və sabah hava şəraitinin paytaxt Bakıda dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir”.

G.Məmmədova qeyd edib ki, aprelin 1-dən ölkə ərazisində hava şəraiti mülayim və yağmursuz keçəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
476 492 446 442 473 521

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.