Bir gün gəl mənə..
Bir gün gəl mənə... Gəl bir az söhbət edək...Amma sən mənə baxma, mən də sənə.. Baxsam susqunlaşacam yenə... Gəl acılarımızı, bütün dərdlərimizi ortaya qoyaq... Bir az sən danış, bir az mən danışım... Həyatımız canlansın gözümüzün önündə... Gizli heç nə qalmasın... Her bir anını danışaq əvvəldən... Sən öz qayğılı uşaqlığından, mənsə sevgi görmədiyim uşaqlığımdan.... Sən atanın sevgisindən danış...Ya da məsələn ananın qayğısından danış, mənim heç eşitmədiyim, görmədiyim... Sonra məktəb illərindən danış sən..Həyatının ən gözəl illərindən, mənsə əziyyətli keçirdiyim günlərimdən... Sən indi bəyənmədiyin həyatından danış, mənsə səbirlə yaşadığım, amma bir xoş üz görmədiyim həyatımdan... Hə sən danış bir kişi olaraq çətinliyindən, mən də bir qadın olaraq zülmlərimdən... Danışaq ve sus... Susaq...Saçlarına ana nəvazişitək sığal çəkim sevgi dolu əllərimlə ve anla bir qadınla bir kişinin heyatının ferqini... Ve anla bir qadını qoyub getsən nələr baş verər... Anla ve başını aşağı sal...Bir az utan, amma heç nə demə... Və çıx get... Bir daha gəlməmək şərtilə...Çünki bir qadın çətinlikdə axtardığı adamı tapmadısa bir daha da həmin adamı axtarmaz... Gəlsə belə qəbul etməz...






