Azərbaycanda marketdən alınan şokolad kağız kimi yandı - VİDEO

Azərbaycanda marketdən alınan şokolad kağız kimi yandı - VİDEO
 Azərbaycanda marketdən alınan şokolad kağız kimi yandı - VİDEO

Mağazadan şokolad aldılar, daha sonra isə onu yandırmağa başladılar.

Şokolad yansa da, əriməyib. Bu isə bir sıra suallar doğurub. Əsl şokolad yana bilərmi? Qida mühəndisləri buna aydınlıq gətirib

Xezerxeber.az bildirir ki, mağazadan alınan şokolad qabından çıxarılaraq yandırılır. Od tutan şokolad xeyli müddət yansa da, onda ərimə müşahidə edilmir.

Daha sonra isə alov söndürülür. Bu zaman tünd qara şokoladan qatı tüstü yüksəlir.

Görüntülər orta məktəblərin birində, şagirdlərin də iştirakı ilə bir müəllimə tərəfindən çəkilib.
[/i]
 
Yanan şokolad xarici ölkələrin birində istehsal olunub. Sözügedən kadrlar həmin məhsulun saxta olması məsələsini gündəmə gətirir. Qida mühəndisi İsa Əliyev bu kadrları izləyəndən sonra bildirdi ki, əsl şokolad yana bilməz.

Mütəxəssisin sözlərinə görə, belə şokoladlar insan orqanizminə olduqca ziyandır. Bunlardan istifadə hətta xərçəng xəstəliyinə də səbəb ola bilər.

İsa Əliyev bildirir ki, əsl şokoladların tərkibində ən azı 60-70 faiz kakao yağı olmalıdır. Və bu da şokolad qabının üzərində qeyd edilməlidir.
 [/i]
 
                                                            VİDEONU İZLƏYİN




Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
358 362 349 346 330 319

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.