Azərbaycanlılar nə üçün gülümsəməyi sevmirlər? – 4 mülahizə

Azərbaycanlılar nə üçün gülümsəməyi sevmirlər? – 4 mülahizə
[/i]
 

Azərbaycanlılar nə üçün gülümsəməyi sevmirlər? – 4 mülahizə

 

Hələ qədim vaxtlardan Qafqazda, o cümlədən Azərbaycanda, yazılmamış qanunlar var: kişinin baxışları ciddi olmalı, qadınlar isə evdən kənarda yad insanlara gülümsəməməlidirlər.

Ya qaşqabaqlılıq "səbəbsiz gülüş axmaqlıq əlamətidir” məşhur atalar sözünə əsaslanır, ya da insanlar həyatın gözəlliklərini artıq görmürlər...

Bununla bağlı Ümumrusiya psixoterapevtik liqasının həqiqi üzvü, azərbaycanlı psixoloq Vəfa Əkbərə müraciət edib.

Psixoloq nə üçün azərbaycanlılar az gülümsəyirlər sualına cavab olaraq 4 mülahizə səsləndirdi.

1. Gülüş heç də həmişə nəzakət əlaməti deyil. Qərbdə nəzakətli insan görüş zamanı həmişə gülümsəyir. Beləcə nə qədər çox gülümsərsə, o qədər xeyirxah olduğu qəbul edilir. Bizim xalq üçün təbəssüm ilk növbədə şəxsi rəğbət işarəsidir.

2. Bizdə əsasən tanış insanlara gülümsəyirlər. Məhz buna görə də, xüsusilə satıcılar, ofisiantlar, metro işçiləri müştərilərə nadir hallarda gülümsəyirlər.

3. Azərbaycanlılar təbiətcə çox şən və gülərüz insanlardır. Amma görünür ki, illərlə yuxarıda misal çəkdiyimiz atalar sözü bizə şüuraltı təsir edərək indi olduğumuz insanlara çevirir. Yaponiyada hətta metroda və digər ictimai yerlərdə qaşqabaqlı gəzən insanlar cərimə olunurlar. Yaponlar əmindirlər ki, bununla onlar bir-birlərinin auralarını korlayırlar.

4. Azərbaycanda qərb və digər dünya ölkələrindən fərqli olaraq, hesab edirlər ki, təbəssüm səmimi olmalıdır. O, mehribanlıq və xoş əhval-ruhiyyənin göstəricisidir.

Beləliklə, əgər sizə əcnəbi gülümsəyirsə - aldanmayın, amma əgər sizə azərbaycanlı gülümsəyirsə, əmin ola bilərsiniz ki, o həqiqətən də sizin xoşunuza gəlmək istəyir. Mənbə: oxu.az
 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
419 450 374 369 391 372

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.