Günahın Gözünü Tutacaq Sənin...{İlk bölüm}

Anam həmişə deyerdiki Allah kiməsə qiz övladı verməzədən əvvəl birinci onun bəxtin versin.....
Onun nə demək istədiyin həyat mənə çox gözəl başa saldı.
- Adım Dəniz 18 yaşim var bu il ali məktəbə qəbul olmuşam atam uşaq vaxtı bizi tərk edib gedib anamla yaşayıram, bir bacım var Dərya adında 22 yaşı var, evlidi. Düzü yoldaşı ilə anamın təkidi ilə evlənib, heç də yaxsi ailə deyillər. Anam sonradan peşiman olsada Dəryanı verməyinə artiq nə çarə, olan olmuşdu...
Mən heç vaxt elə ailə qurmayacaqdım, lap anamın xətrinə olsa belə... Sevib sevilib evlənəcəkdim... Dəryanın hər bizə gələndə gözlərindəki kədəri gördükcə onu o ailədən dartıb qoparmaq istəyirdim amma buna gücüm çatmırdı....
Anam həmişə deyirdiki başsız qadınam, iki qiz uşağı ilə namusuma xələl gətirməmişəm, sizdə elə edin ki, mən ölənə kimidə xələl gəlməsin... Bu söz Dərya ilə mənim beynimə həkk olmuşdu sanki... Ona görədə yazıq bacım boşanmış qadın damğası vurulmasın deyə susub otururdu...
Həyat çox ədalətsizdir bəzilərinə qarşı sanki birimizi seçir və nə qədər dərd problem varsa ancaq ona yükləyir hər şeyi, elə bil dünyada ondan basqa insan yoxmuş kimi... Bizde deyəsən o seçilmişlərdən idik...
- Adım Dərya balaca bacımın hər dediyi doğrudur, atamızın bizi atıb getməyinin yükünü biz daşıyıriq... Bəzən düşünürəmdə o burda olsaydı mən bu qədər qorumasız olmazdım, yoldaşım və ailəsi çox gözəl bilirdilərki mənə hər nə etsələrdə geri qayıtmayacam çünki arxamda duran heç kim yoxdur, bir anamdi bir də bacım, onların təzədən üstünə qayıdıb yük ola bilmərəm...
Iki ildi evliyəm hələdə övladım olmur, buda başıma ayrı bir qaxıncdır. Bəzən elə doluram ki, alıb başımı getmək istəyirəm amma Dənizin dediyi kimi anamin bizə beynimizə həkk etdiyi o söz qarşımı kəsir...
Seher 08:00
Səkinə xanım ( Dəniz və Dəryanın anası) - Dəniz oyan saat gör neçədi ilk gündən gec qalacaqsan.
Dəniz: - Durdum ana gəlirəm indi.
Səkinə xanım: - Tez elə işə getməliyəm məndə.
Səkinə xanım ağır təbiətli ciddi hökümlü bir qadın idi. Yoldaşı onu tərk edib getdikdən sonra isə aqressiv biri olmuşdu...
Dəniz otağından çıxaraq gəlib anasının üzündən öpdü.
Səkinə xanım: - Toya getmirsən dərsə gedirsən üz gözünü get sil.
Dəniz: - Sadəcə pudra və sürmədi ana.
Səkinə xanim: - Olsun get sil dedim.
Dəniz danışa-danisa geri otağına getdi...
Dərya qaraşın, qaragözlü bir qiz idi. Dəniz isə tam əksi bəyaz tənli, ala gözlü uzun saçlı, diqqəti tez cəlb edən biri idi. Ona görədə adi bir makyaj onun gözəlliyini daha da biruzə verirdi.
Dəniz üz gözünü sildikdən sonra məktəbin yolun tutdu... ilk dərs günü idi çox həycanlı bir şəkildə biran öncə məktəbə getmək, necə yerdi, uşaqlar necədi bilmək istəyirdi.
Necə həyacanla gedirdisə heç yolada baxmırdı. Bu zaman soldan çıxan bir maşın ona çarparaq yerə atdı...
Dəniz: - Oy Allah qolum qırıldı.
Dəniz qolun tutub yerdə çığırarkən onu vuran şəxs maşından düşərək ona tərəf qaçdı...
Dənizi vuran oğlan Samir idi. Onun 25 yasi var idi. Ailəsinin təkidi ilə Səbinə adında bir qızla evlənmişdi və bu evlilik onu cana yığmışı.i Hər gün dava dalaşdan bezmişdi. Yenə Səbinə ilə dalşıib yola düşüncəli çıxdiığından Dənizə fikir verməmiş və maşını ilə ona çarpışdı.
Samir: - Siz yaxşısınız xanım?
Dəniz: - Korsan nəsən ordan baxanda yaxşı görsənirəm?
Samir: - Çox üzür istəyirəm bir anda çıxdınız qarşıma görmədim.
Dəniz: - Demirki maşın sürə bilmirəm deyir görmədim, mən boyda adamı görmədində yəni? Oy qolum...
Samir: - Sizi xəstəxanaya aparım qırıq zad olar.
Dəniz: - Bu gün ilk dərs günüm idi sənin ucbatından gedədə bilməyəcəm.
Dəniz danışa-danışa Samirin maşınına əyləşdi. Samir isə məyus bir şəkildə ona heç cavab da vermirdi.
Həkim Dənizin qolunu kibsə salaraq bir müddət belə qalamsını söylədi, iki yerdə çat var imiş.
Çıxışda isə...
Samir: - Bir daha üzür istəyirəm gəlin sizi gedəcəyiniz yerə kimi aparım.
Dəniz: -Lazim deyil sənin üzürün də harasa aparmağında.
Arxasını dönərək Samirin ona heç cavab verməsini gözləmədən çıxıb getdi.
Samir isə maşınına doğru gedərək maşınına minib işinin yolun tutdu.
Dəniz isə əli sarıqlı halda evə gəlib yatağına uzandi. Anası işde olduğundan Dəryaya zəng edərək olanları ona danışıb yanına gəlməyini istədi.
18 yaş nə az nə də çox yaş deyildi amma Dəniz bir uşaqdan fərqlənmirdi və qayğıya ehtiyac duydugundan bacısını yanında istəyirdi.
Dəryanın yoldaşı işdə olduğundan o qaynanası Aynur xanımdan icazə istəməli oldu.
Aynur: - Getməyinə get onsuzda öz başınasan, Dənizin əli yox ayağı qırılmalı idi. Qız uşagi bir yerdə oturar, onun kimi sülənməz.
Dərya ona cavab vermədən evdən çıxıb getdi. Onun ağlı bacısında qalmışdış Aynur xanımın dedikləri isə həmişə deyilən sözler idi. Artıq onlar Dəryanın canını incitməyi vərdiş halına gətirmişdilər.
Sentyabr ayı olsada çöldə güclü yağış başlamışdı. Amma yazığa heç taksi puluda verməmişdilə,r qəpik quruşla Dərya maşurut gözləməyə məcbur qalmışdı. Maşurut ondan biraz aralıda gedib saxladığından o qaçaraq maşuruta gedib çatmaq istəyirdiki gözlərinin önündə bir maşın sürətlə gəlib onun qarşısındaki dirəyə çarpdı. Hamı durub kənardan baxsada yaxına gedən yox idi. Dərya maşına tərəf gələrək rol arxaında qanlar içində olan Anarı gördü. Anar onun ilk eşqi, sevdiyi adam idi...
Esgərliyə getdiyi ərəfələrdə Səkinə xanım Dəryanı yoldaşı Natiqlə nişanlamışdı. Anar isə ona qaçmağı təklif etsədə Dərya razilaşmamış ondan ayrılmışdı.
Dərya maşında Anarı görərkən donub qaldı sonra isə qışqıraraq təcili yardım çağirmalarını istədi. Özü isə Anarın yanında əyləşərək xəstəxanaya getdi. Anarın o halı Dəryaya hər şeyi unutdurmuşdu, bacısı Dənizi belə.
Dəniz isə Dəryanı gözləsədə ondan bir xəbər yox idi.
Dəniz: - Yəqin ifritə Aynur və əcinə oğlu Natiq qizi qoymadılar gələ. Eybi yox əşi zəng etsəm lap pis olacaq.
Dərya isə Anarın yanında xəstəxanaya gəlmişdi. Həkim hər şeyin qaydasında olduğunu bir az gözləmə altında qalması gərəkdiyini söyləmişdi. Dərya Anarin yanına gələrək onun baş ucunda dayanaraq özünə gəlməyini gözlədi. Getməli idi əslində ama ürəyi onun ayaqlarını tutub orda saxladı. Bir az sonra isə Anar yavaş-yavaş gözlərini açmağa başladı. Dərya tibb bacısını tez çağıraraq otağa gəlməsini istədi...
{Yazar - Kəmalə Ağayeva}
{Ardı Var}