Günahın Gözünü Tutacaq Sənin...{2. Bölüm}


Anar: - Mənə nə oldu hardayam?
Tibb bacısı: - Bir qəza keçirdiniz, xəstəxanadasınız və indi hər şey yaxşıdır narahat olmayın.
Anar: - Bəs məni kim gətirdi bura?
Dərya bir az irəli gələrək...
Dərya: - Salam Anar səninlə mən gəldim.
Anar başını qaldırıb Dəryanı gördükdə gözlərinə inanmadı. 3 il idi onu gormurdu artıq...
Acı bir təbəssümlə...
Anar: - Inana bilmirəm bu sənsən Dərya?
Dərya: - Hə mənəm Anar.
Anar: - Bilsəydim qarşılaşacağıq çoxdan qəza edərdim... Heç dəyişməmisən.
Dərya gülümsəyərək ona baxdı.
Anar: - Evləndin yəqin ki həə? Övladın var?
Dərya: - Evlənədim hə. Yox yoxdur...
Anar: - Xoşbəxtsən Dərya?
Anar bu suali ona verəndə səsi titrədi necədə çətin idi sevdiyi qadını başqasının xoşbəxt edib etməməyini soruşmaq...
Dərya: - Çox yorgunsan biraz dincəl mən isə artıq getməliyəm.
Anar: - Yanlış anlama amma bəzən səninlə bir dost kimi əlaqə saxlamağıma icazə ver.
Dərya: - Axi bu nəyimizə lazımdır Anar, senidə mənidə incitməkdən başqa.
Anar: - Başa düşmürsən sadəcə səndən xəbərim olsun istəyirəm başqa heç bir niyyətim yoxdur.
Dərya: - Sənin niyyətini mən bilirəm amma ətraf bilmir, subay bir adamla evli qadın nə əlaqə saxlaya bilər axı.
Dərya ona heç nə demədən qapıdan çıxırdıki...
Anar: - Zaman səni dəyişdirib hər kəs kimi səndə insanlar nə deyər düşüncəsi ilə yaşayırsan.
Dərya gülmüsəyərək: - Topa tutulan mən olaram sən yox...
Qapını örtüb çıxdı otaqdan, göz yaşlarına hakim ola bilmirdi, evə gələrək otağına qapandı...
Bir az sonra isə Natiq evə gəldikdə anasi Aynur xanım onu dolduraraq yaziığın canına salmışdı. Natiq içəri girərək...
Natiq: - Deyəsən çox qudurmusan icazəsiz evdən çıxıb getmələr, gələndən isə otağına girib kef eləmələr.
Dərya: - Mən anamdan icazə almışdım Natiq, inan mənə.
Natiq: - Nə demək istəyirsən yəni anam yalançıdı ?
Dərya: - Yox mən elə demədim sadəcə...
Natiq onun sözünü kəsərək...
Natiq: - Özünü yığışdır, atasız qız idin alıb arvad elədim yoxsa bacın Dəniz kimi çöllərdə sülənərdin.
Dərya: - Bacımın hələ 18 yaşı var və məktəbə gedir, çöllərdə niyə sülənsin axı?
Natiq Dəryaya yaxın gələrək ona bir sillə vurdu.
Natiq: - Bir gün o dilini yerindən çıxaracam qudurmusan mənə cavab verirsən, mən nə deyirəm deməli odur.
Dərya ağzı qan içində yerdəcə qalmışdı. Natiq isə qapını çırparaq otaqdan çıxıb getmişdi.
Aynur xanım yenə əməlləri ilə yazıq qızı Natiqə döydürmüşdü.
Dərya yıxıldığı yerdə qalaraq taleyinə ağlamağa başladı.
Səkinə xanım axşam evə gələndə Dənizi o vəziyyətdə görüb dəliyə döndü.
Dəniz hər şeyi anasına danışaraq olanlari başa saldı.
Səkinə xanım nə qədər zəhimli olsada canı qızlarında idi. Axı onlardan başqa bu həyatda kimi var idi ki...
Səkinə xanım Dənizi qucaqlayaraq...
Səkinə xanım: - Mənə xəbər verə bilərdin axı həm mənə demədin barı Dəryaya deyəydin.
Dəniz: - İşdə idin ana, narahat olmağını istəmədim Dəryaya dedim amma deysən yenə evdən qoymadılar.
Səkinə xanım məyus bir şəkildə: - Dəryanın dərdi məni öldürəcək, anası ölmüşü bədbəxt edib qoydum ora...
Dəniz:-Hə ana indi Anarla evli olsaydı dünyanın ən xoşbəxt qadını idi.
Səkinə xanım: - Uzan sən mən sənə yemək hazırlayım.
Mətbəxə gedərək Səkinə xanım göz yaşlarına hakim ola bilmədi, o, heç vaxt qızlarının yanında ağlamazdı. Dəniz anasının ağladığını bilsədə bunu biruzə vermədi yerində uzanaraq...
Dəniz: - Mən elə olmayacam ana, sevsəm əyər heç nəyə baxmayacam.
Anar gecəni xəstəxanada qalıb səhəri çıxacağdı. Ailəsi rayonda qaldığından heç kesə xəbər etməmişdi məktəb vaxtından şəhərə gəlmiş burda oxumuş ve elə burda da qalıb işləmişdi. 26 yaşı var idi və bu yaşda ailəsinin bütün yükü onun çiyinlərində idi.
Səhəri ödənişi xəstəxanaya ödəyən zaman bir ehtimal bəlkə deyərək: - Bağışlayın xanım dünən məni gətirən xanım bir ünvan ya bir telefon nömrəsi qoymayıb ki?
Bu sualı ümidsizcə versədə ummadığı bir cavabı almışdı. Dərya həkimin istədiyi dərmanları almağa gedərkən öz telefon nömrəsini onlara verərək onun olmadığı ərəfədə bir hadisə baş verersə əyər Anarla bağlı ona zəng etməklərini istəmişdi.
Anar nömrəni götürsədə Dəryaya zəng edə bilməmişdi çünki zəng edib nə deyəcəydi heç onuda bilmirdi. Evinə gələrək divana uzanıb yuxa getdi.
Dərya isə otağında səhərə kimi göz yaşı axıtmışdı Natiq heç ona tərəf baxmamışdı belə...
Dəniz səhər yerindən duraraq bir təhər hazırlanıb məktəbə getmək istəyirdi.
Səkinə xanım: - Sən dəli olmusan bu halda heç yerə gedə bilmərsən.
Dəniz: - Yox ana yaxşıyam mən həm uzaq qalmaq istəmirəm ilk günlərdən, gedəcəm.
Səkinə xanım: - Gedərsən pisləşərsən nə vacibdi axı mən gedib danışaram.
Dəniz: - Xahiş edirəm ana özümü yaxşı hiss edirəm əksinə evdə qalsam pisləşəcəm.
Yalvar yaxar edərək Dəniz anasını razı salmağı bacarmışdı. Güc bəla ilə axırki, məktəbinə gəlib çıxmışdı. Uşaqlarla tanış olmuş müəllimələrini tanımışdı ilk gün onda xoş təssüratlar yaratmışdı...
2 həftə ötmüşdü artıq. Dəniz uşaqlarla qaynayıb qarışmışdı dərslər isə ona çox asan və sadə gəlirdi hər şey arzu etdiyi kimi davam edirdi. Bir gün dərs çıxışında qizlarla bir kafedə oturub bir şeylər içməyi planlamışdılar...
{Yazar - Kəmalə Ağayeva}
{Ardı Var}







