∞ HuzuR ∞

∞ HuzuR ∞ Hekayələr 10-04-2018, 16:00

Günahın Gözünü Tutacaq Sənin...{3. Bölüm}

Günahın Gözünü Tutacaq Sənin...{3. Bölüm}
Günahın Gözünü Tutacaq Sənin...{3. Bölüm}


Dənizin əli əvvəlkindən yaxşı olduğu üçün qızlar onu israrla kafeyə aparmışdılar. Qurup yoldaşı Günel ilə arasi çox səmimi olsada digər qızlarla elədə çox ünsiyyəti yox idi.
Günel: - Dur canım, kofelərimizi o sağalan əlinlə gətir görək tam düzəlib ya yox.
Dəniz: - Gətirərəm niyə gətirmirəm ki.
Dəniz duraraq kofe sifariş edib gözlədi, bir az sonra isə hazır olduqdan sonra kofeləri götürüb masaya dönürdü ki, biri ilə toqquşdu əli tam düzəlmədiyindən tarazlığı saxlaya bilməyib kofelərin hamısını onun üzərinə tökdü. Bu Samir idi bəli 2 həftə öncə Dənizin əlinin çatlamasına səbəb olan Samir.
Samir koftasını bədənindən aralayaraq...
Samir: - Yandım, bu nə idi axı?
Dəniz heç onun üzünə baxmadan kofeni tökdüyü paltarına baxdı.
Dəniz:- Çox üzür istəyirəm görmədim.
Samir başını qaldırıb Dənizə baxdıqda onu tanıdı, Dəniz isə onu.
Samir: - Gözlərin zəif görür xanım, mən boyda adamı görmürsən?
Dəniz: - Dedim axı görmədim.
Samir Dənizin ona dediyi sözü özünə qaytarırdı.
Samir: - Bəzən istəmiyərəkdən qarşımızdakına zərər verə bilərik amma gərək bunu başa düşə o insan. Zərər yoxdu, olan işdi.
Deyərək kafenin ayaqyolusuna getdi.
Günel Dənizin yanina gələrək: - Dəniz, sən yaxşısan? Nə oldu axı adamı niyə yandırdın?
Dəniz: - Bilə-bilə eləmədim Günel, elə sual verirsənki səndə eh...
Dəniz əsəbi şəkildə gəlib masada əyləşdi. Bir az sonra isə Samir üstünü təmizləyərək çıxıb ödənişini edib kafeni tərk elədi. Dəniz onun arxasınca qaçaraq: - Hey dur...
Samir arxasını dönüb dayandı.
Dəniz ona yaxınlaşaraq: - Şey... Həm bu günki hərəkətimə görə həm də o günkinə görə üzür istəyirəm, mənimdə günahım var idi yola fikir verməmişdim.
Samir gülümsəyərək: - Əsas odu yaxşısan qalan şeylər önəmli deyil. Dəniz: - Çox sağ ol. Samir: - Qolun necədi? Dəniz: - Yaxşıdı artıq, bir az ağrı var amma düzəlib. Samir: - Sevindim buna in şə Allah lap yaxsi olar. Dəniz gülümsəyərək: - Sizi yolunuzdan etmiyim hələlik. Samir: - Hələlik. Dəniz sonra kafeyə, uşaqların yanına qayıtdı. Samir isə hələdə onun arxasınca baxırdı. Deyəsən Dəniz ona təsir etmişdi amma evli adam idi gözlərini qaşıraraq üzü bir ciddi hall aldı, sonrasında isə maşınına minərək getdi. Dərya Natiqə zəng edirdi amma cavabsız qalırdı zəngi. O, Aynur xanımın yanına gələrək: - Ana, Natiqə zəng edirəm açmır, birdə sən eləsən deyirəm... Aynur xanım: - Neynirsən onu, iwdə də imkan vermirsən uşağa. Dərya: - Yox ana, sadəcə həkimə getməliydik bu gün. Aynur xanım: - Mən səni apararam, uşağımı narahat eləmə həm elə hər ay gedirikdə nə olur, ortada heç nə yoxdu. Allahın bir uşağınıda doğa bilmirsən. Bu sözlər Dəryanı çox yaralayırdı amma yenədə susurdu...
Dərya: - Həkim Natiqində yoxlanmağını demişdi onun üçün onunda getməyini istəyirdim.
Aynur xanım əsəblə ayağa duraraq: - Nəəə sən mənim oğluma xəstə deyirsən indidə? Öz zibilini onun üstünə atırsan? Ay Allah gəlin yox, düşman almışıq adımızı batıracaq bu ifritə.
Aynur xanımın səsinə Natiqin atası Seyid bəy gəldi.

{Yazar - Kəmalə Ağayeva}
{Ardı Var}

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
547 484 527 442 513 452

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.