Kənan Heydərov

Kənan Heydərov Sağlamlıq 11-04-2018, 11:44

Gündə neçə yumurta yemək olar? - Foto

Gündə neçə yumurta yemək olar? - Foto

Yumurta çox qiymətli və faydalı məhsuldur.

Yumurta zülallar, A, B qrupu, D vitamini ilə zəngindir, onun tərkibində beyin üçün xüsusilə faydalı olan xolin və lesitin maddələri, vacib minerallar var.

Əvvəllər belə hesab olunurdu ki, yumurtanın istehlakı qanda xolesterinin səviyyəsini qaldırır. Lakin sonrakı araşdırmalar göstərib ki, bu belə deyil. Əksinə yumurtanın istehlakı pis xolesterinin səviyyəsini aşağı salır ki, bu da infarkt və insultun riskini azaldır.


Saglamolun.az xəbər verir ki, diyetoloqların fikrinə görə, gün ərzində 1-2 yumurta, həftə ərzində isə 10 yumurtaya qədər yemək olar.

Yumurtanı göyərti və tərəvəzlərlə yemək daha yaxşıdır ki, bu halda yumurtanın tərkibində olan faydalı maddələr daha yaxşı mənimsənilir.

Ən faydalı yumurta 3-5 dəqiqə bişirilmiş yumurta sayılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
634 660 612 600 594 592

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.