Kənan Heydərov

Kənan Heydərov Maraqlı 13-04-2018, 11:28

Boyun uzanmasına hansı amillər təsir edir?

Boyun uzanmasına hansı amillər təsir edir?

 

Boy insan həyatına birbaşa təsir edən amillərdən biridir.


Uzunboylu olmaq kimlər üçün yaşamağa mane olan problem, kimlər üçünsə xəyaldır. Təbii ki, boyun nə qədər olması heç kəsin öz əlində deyil. Bu, bəzən valideynlərdən qalma miras, bəzən sağlam yaşamın nəticəsi, bəzənsə həyatın bəxşişidir.


AZƏRTAC bildirir ki, boyun uzanmasına müsbət təsir edən bir neçə amil var. Onlardan biri düzgün qidalanma və genetik faktorlardır. Xroniki xəstəliklər və böyümədə iştirak edən hormonlar də ona təsir göstərir. Boyun uzanması üçün uşaq yaşlarından düzgün qidalanmaya diqqət yetirilməlidir. Qidalanma zamanı lazımi qədər ət, süd, meyvə-tərəvəzlər yeməklə proteinlər qəbul etmək məsləhətdir.


Genetik olaraq qısaboyluluq zamanı qidalanma kömək etmir, lakin valideynlərin boyunun uca olmaması mütləq uşağın qısaboylu olmasına dəlalət etmir. Çünki valideynin boy inkişafı zamanı hansısa təsirə və əlavə faktorlara məruz qalması mümkündür.


Boy artımına təsir edən amillərdən biri də yaşa uyğun idmanla məşğul olmaqdır. İnkişaf dövründə üzgüçülük, gimnastika, basketbol, velosiped idmanı ilə məşğul olmaq boyun uzanmasına çox yaxşı təsir edir. Lakin bu, heç də o demək deyil ki, genetik boyu qısa olanlar idman məşğələləri nəticəsində standart ölçülərə nail ola bilərlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
505 496 475 478 460 426

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.