Kənan Heydərov

Kənan Heydərov Sağlamlıq 13-04-2018, 18:50

Qocalmaq istəmirsinizsə, isti vanna qəbul edin!

Qocalmaq istəmirsinizsə, isti vanna qəbul edin!


İngiltərə alimləri araşdırmalar zamanı aşkar ediblər ki, sadə gigiyenik prosedur olan isti vannalar qocalma proseslərini ləngidir.


Medik Forum xəbər verir ki, isti vanna qəbulu zamanı stress hormonu kortizolun səviyyəsi aşağı düşür və bu da qocalma proseslərini ləngidir.


Kortizol qocalma prosesində əsas rollardan birini oynayır.  Kortizolun yüksəlməsi zamanı ürək-damar sistemini və ağciyərin fəaliyyəti artır, onlar daha gərgin rejimdə işləməyə başlayır, immun, həzm və reproduktiv sistemlərinin fəaliyyəti isə əksinə zəifləyir.


Xroniki stress zamanı kortizolun səviyyəsi qanda daim yüksək olur ki, bu da sadaladığımız orqan və sistemlərinin qocalmasına səbəb olur.


Həmçinin kortizolun yüksək səviyyədə olması əzələ və sümük toxumasının qocalmasına, qan təzyiqinin və qanda şəkərin qalxmasına səbəb olur.


İsti vannalar kortizolun və qanda şəkərin səviyyəsini aşağı salır. Lakin nəzərə almaq lazımdır ki, isti vannalar bəzi xəstəliklər zamanı (sistit, sidik-cinsiyyət sistemi xəstəlikləri, babasil, bəzi dəri xəstəlikləri və s.) ziyanlıdır.

 


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
472 471 445 481 505 524

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.