Dəvətsiz Qonaq
__Dəvətsiz qonaq__

Döydü qapımızı bir qonaq bizim.
Adı ayrılıqdı,soyadı həsrət.
Bir dolu torbada qəm gətiribdi.
Bunuda bizimçün,pay alıb əlbət.

Atalar bir misal çəkib o vaxtlar.
Qonağın ruzisi,dalıycan gələr.
Bizim qonağınsa dalıycan gələn,
Ruzi yox sən demə,kədrmiş kədər.

Mən belə görmüşəm,belə bilirəm.
Gələnə qapını bağlamaq olmaz.
Düşməndə qapına gəlirsə qonaq,
Onuda qapıda saxlamaq olmaz.

Ayrılıq hörmətsiz qonaq olsada.
Mən ona hörməti etmədim əysiy.
Çoxda oturmadı,bir birimizdən,
Ayırdı o bizi,getdi tələsiy.

Müəllif:Sərxan Gəncəvi






