Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 17-04-2018, 16:40

Murad Dadaşov "Maşın"ın başlayacağı tarixi açıqladı

Murad Dadaşov "Maşın"ın başlayacağı tarixi açıqladı
Murad Dadaşov "Maşın"ın başlayacağı tarixi açıqladı 

Əməkdar artist Murad Dadaşov "Maşın” şousunun başlayacağı tarixi açıqlayıb.[/i]

O bildirib ki, şou mayın 28-də yayımlanacaq:

"İştirakçıların hamısı bəlli deyil, amma bir qisim hazırdır. 1 aydan çox vaxt var. Gözləmədiyim insanlar olacaq şouda. Çox maraqlı iştirakçılarımız var”.

M.Dadaşov "Davam ya tamam” şousunun yayımının təxirə salındığını deyib:

"İstəyirdik yazda başlayaq, amma qaldı. Yeni televiziya mövsümündən olacaq və hər gün yayımlanacaq. Uduş məbləği isə 50 minə çatacaq”.

Şoumen verilişlərin keyfiyyətindən narazılıq edib və aparıcılara öz tövsiyələrini verib:
"Televiziyadakı verilişlərin əksəriyyətindən razı deyiləm. Etdiyim layihələr reytinq qazanır. Elə başa düşülməsin ki, mən hamıdan yaxşıyam, başqaları yox. Sadəcə, işə bir az məsuliyyətlə yanaşmaq lazımdır”.
Mənbə: axsam.az
 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
453 525 474 481 519 491

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.