Leloweh

Leloweh İslam Dini 22-04-2018, 14:15

Qebir ezabi hamiya wamil olacaq?

Qebir ezabi hamiya wamil olacaq?

Qəbir əzabı ölümdən sonra axirət aləminin başlanğıcı sayılır. Tənhalıq, qorxu, qəbir sıxıntısı, sorğu mələkləri ilə görüş qəbir əzabına daxildir. Lakin mömin şəxslərin, eləcə də, bəzi əxlaqi özəlliklərə malik insanların qəbir əzabından amanda qalacağı buyurulur.

Loading.az islam.az-a istinadən bildirir ki, məsələn, kasıblara əl tutmaq, elm öyrətmək, Quran oxumaq, namazı layiqincə qılmaq, qadının öz ərinə itaət etməsi kimi əməl və xasiyyətlər qəbir əzabını yüngülləşdirər. Dəfn gecəsi mərhumun yaxınlarının vəhşət namazı qılmaları, ona rəhmət oxumaları, ruhuna Quran oxuyub hədiyyə etmələri, dəfndən sonra qəbrin üzərinə su səpmək, ölünün adına ehsan vermək də qəbir əzabını xeyli yüngülləşdirər. İnsan öldükdən sonra onun əməl dəftəri bağlanar. Amma bəzi əməllər ölümdən sonra da insana savab gətirər və qəbir əzabını yüngülləşdirər. Məsələn, camaatın istifadə etdiyi bir xeyriyyə tikintisi yadigar qoymaq (yol çəkdirmək, körpü salmaq, bulaq qazımaq, məscid tikdirmək və s.), oxunan faydalı bir kitab yazmaq, saleh övlad yetişdirib cəmiyyətə təhvil vermək.

Redaktə etdi:Uğurböceyi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
983 1082 943 1046 981 1023

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.