Saç tökülməsi ilə vidalaşmağın asan yolu

Saç tökülməsi ilə vidalaşmağın asan yolu
Saç tökülməsi ilə vidalaşmağın asan yolu

Saç tökülməsi həm kişi, həm də qadınlar üçün eyni dərəcədə ağrılı problemdir.

Nazik, parlaqlığını itirmiş saçlar heç kimi gözəl göstərmir, saçların həddindən artıq seyrəkləşməsi isə yaxınlaşan qocalıq ələmatləridir.

Saç tökülməsinin qarşını almaq üçün çoxlu xüsusi maska və şampunlar təklif edilir.


Sizə bu problemi həll etməyin həm asan, həm də ucuz başa gələn üsulunu izah edirik.

Tük soğanağını möhkəmləndirmək üçün şampunun içinə 10 damcı rozmarin yağı ilə 10 damcı limon yağı əlavə edin. Daha sonra saçınızı həmin şampunla yuyun.

Trixiloqlar özləri də uzun illərdir ki, saç tökülməsinə qarşı rozmarin və limon yağından istifadə edirlər. Bu iki yağ baş dərisinin qan dövranını stimullaşdıraraq və saç köklərini qidalandıraraq onları möhkəmləndirir və saç uzanmasını sürətləndirir. Bu iki yağdan başqa, şampuna E vitamini kapsulaları da əlavə etmək olar. Saçları bu şampunla bir neçə dəfə yuduqdan sonra nəticə sizi də heyrətləndirəcək.
Mənbə: publika.az

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
500 470 473 399 428 348

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.