Nani_Fit

Nani_Fit Maraqlı 5-05-2018, 15:35

Ən qədim insan məskənlərindən biri aşkarlandı

Ən qədim insan məskənlərindən biri aşkarlandı


Beynəlxalq tədqiqat qrupu Filippində naməlum arxaik insanların düşərgəsini aşkarlayıb.

Xəbər verilir ki, tapıntı barədə məqalə “Science Alert” jurnalında dərc olunub.

Düşərgənin 709 min il əvvəl mövcud olduğu təxmin edilir. Arxeoloqlar qazıntı sahəsində daşdan hazırlanmış 57 alət, həmçinin üzərində xəsarət izləri olan heyvanların o cümlədən kərgədan və steqodonun sümüklərini aşkarlayıb.

Bundan əvvəl regionda Homo soyunun ən qədim izi Kalyo mağarasında aşkarlanmış sümük idi. Həmin sümüyün eramızdan 65 min il əvvəl yaşamış insana məxsus olduğu müəyyən edilmişdi.

Yeni tapıntı insanların arxaik əcdadlarının Cənub-Şərqi Asiyada məskunlaşdığını və okean cərəyanları ilə Çin və Tayvan ərazisindən adalara köçdüyünü göstərir. Onların flores və ya denisov soyundan olduğu güman edilir.

Dərc etdi:Uğurböcəyi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
505 483 400 428 417 500

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.