Nani_Fit

Nani_Fit Maraqlı 5-05-2018, 15:37

Türkmənistanda saçlarını rəngləyən qadınlar cərimələnir

Türkmənistanda saçlarını rəngləyən qadınlar cərimələnir


Türkmənistanda qadınların xarici görünüşü ilə bağlı yeni tələblərlə əlaqədar sakinlər hüquq mühafizə orqanları əməkdaşları tərəfindən sorğu-sual olunur və cərimələnir.

Xəbər verilir ki, bu barədə “Azadlıq” radiosunun Türkmənistan xidməti məlumat yayıb.

İnformasiyaya görə, Türkmənistanın dövlət qurumlarında çalışan qadın əməkdaşların aprel ayından etibarən həddən çox makiyajdan istifadə etməsi və saçlarını boyaması qadağan edilib.

Qadınların eyni zamanda dabana qədər uzanan ətək geyinməsi tələb olunur. Geyim heç bir halda bədənə dar olmamalıdır.

Aşqabad sakinlərindən biri bazarda polis əməkdaşının onu sorğu-suala tutması barədə “Azadlıq” radiosunun müxbirinə məlumat verib.

Onun sözlərinə görə, polis onun nə üçün saçlarına və qaşlarına boya qoyduğunu soruşaraq, onu yerli polis məntəqəsinə aparıb.

Polis əməkdaşı eyni zamanda qadını geyiminin çox dar olduğuna görə tənbeh edib.

“Sən dövlətin siyasətinə qarşı çıxırsan? Saçlara, qaşlara, dırnaqlara boya qoymaq olmaz əmri sənə aid deyil?”, - deyə polis əməkdaşı gileylənib.

Şikayətçinin sözlərinə görə, polis əməkdaşı yalnız 150 manat cərimə pulu aldıqdan sonra onu sərbəst buraxıb. Ancaq cərimə haqqında heç bir qəbz verilməyib.

Dərc etdi:Uğurböcəyi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
496 472 465 439 447 503

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.