StatuSlar (2)

Kimisi yaxşı dost olduğumu deyər, kimisi pis biri olduğumu.
Əslində məndən danışan hər kəs nəyə layiq olduğunu danışar...
Mənim ümidim hər zaman vardır amma,
Zaman qısa, mən yorğun, yol uzun...
Birini sevmək dəlilik, sevilmək isə hədiyyədir.
Yəni hər birimizin sevgi payı bir dəlidən hədiyyədir...
Özünüzü kiməsə anlatmağa çalışmayın,
Sizi sevənin buna ehtiyacı yoxdur,
Sevməyən isə onsuzda inanmayacaqdır...
Ən güvəndiyin insanların belə bir yalnışdan ibarət olduğunu anladığın an, öz küncünə çəkilərsən...
Füzulidən soruşublar ki,
"Sevmək" daha gözəldir yoxsa sevilmək?."
"Sevmək" demiş; "çünki sevildiyindən heç vaxt əmin ola bilməssən"...
Öz səhvlərini düzəltməyə cəsarəti olmayan insanlar, başqalarının səhvlərini müzakirə edərək sakitləşməyə çalışar...
Sən mənim sərxoşluğumsan.
Nə ayıldım, nə ayıla bilərəm, nə ayılmaq istərəm...
Cənab qadın üçün darıxdı, başqa qadına sarıldı,
Qadın cənab üçün darıxdı yoxluğuna sarıldı...
İlk eşqində aşiqinə aşiqdir qadın.
Sonraki eşqlərində isə yalnızca eşqə...
Lakin aşiq olmaq sevmək deyil.
İnsan nifrət edərkən də aşiq olar...
Zehniniz bir bağçadır, düşüncələriniz isə toxum.
Ya bu bağçada güllər yetişdirərsiniz ya da yabanı otlar...






