Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 21-05-2018, 19:09

Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq
Sabah Bakıya yağış yağacaq


Bakıda və Abşeron yarımadasında mayın 22-də səhər saatlarında qısamüddətli yağış yağacağı, gündüz havanın yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18, gündüz 25-30, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 761 civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron yarımadasının şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Rayonlarda ayrı-ayrı yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi qərb rayonlarında leysan xarakterli olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
537 530 581 454 472 449

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.