Mənə verdiyin bütün sözləri, gələcəkdən bəhs ettiyin hər cümləni, xoşbəxt etdiyin, güldürdüyün hər anı söküb ala bilirsənsə al və get.

Mənə verdiyin bütün sözləri, gələcəkdən bəhs ettiyin hər cümləni, xoşbəxt etdiyin, güldürdüyün hər anı söküb ala bilirsənsə al və get. Sən getdikdən sonra mən bunlarla yaşaya bilmərəm çünki. Ağlıma gələr "burada yaşayarığ" deyişin. Mən sənə baxaram deyişin. Necə nəfəs alaram o zaman. Gözündən hər an düşməyə hazır bir yaşla yaşamağ nə deməkdir sən bilmirsən. Düşüncə qəlbinə saplanmış şüşə parçası kimi elə bir yandırar ki canını. Ölüm deyərsən, bu an ölüm ama bircə bu acını çəkməyim. Ama olmaz, o acı iliklərinə qədər girər. Sənin heç qəlb ağrısından yata bilmədiyin oldu mu? Olmaz... Çünki sən özünə bu pisliyi etməzsən ki, mənə etdin.. Mən indi sənsiz keçəcək günlərə hazırlaşıram. Bir sürü kitab aldım oxumaq üçün. Bir sürü film seçdim özümə, serial falan filan.. Düşünməmək üçün. Beynini uyuşdurmağ deyə bir şey, sən onu da bilməzsən ki. Sənə söyləyəcək bir ton sözlə gedirəm mən. Ağlıma gəlib-gəlib unutduğum. Yazaram dediyim. Yazaram ona. Ama yazmadım heç birini unuttum getdi. Vecinə də olmaz ki bilirəm, olmasında. Kim bilir buraya yazdığlarımı oxuyunca geri dönmək istərsən bəlkə dönmə. Get , xoşbəxt qalacağın sahillərə yan al...






